“Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica bir neçə klubun ona maraq göstərdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu bu barədə ölkəsinin mətbuatına danışıb. 26 yaşlı hücumçu təklifləri olsa da, Ağdam klubunda qalmağa qərar verdiyini bildirib:
“Yanvarda bir neçə klub məni icarəyə götürmək üçün maraqlandı, amma çox müzakirələrdən sonra “Qarabağ”da qalmağa qərar verdim”.
Redon bu mövsüm “Qarabağ”da ümumilikdə 17 oyuna çıxıb və 4 qol vurub.

