“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Şamaxı” maçında zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun çiyni çıxıb. O, oyunun 20-ci dəqiqəsində məcburi əvəzlənib. Səfərovun yerinə meydana Aleks Fernandes daxil olub.
Qeyd edək ki, hazırda davam edən “Şamaxı” – “Neftçi” matçında qonaqlar 1:0 hesabı ilə öndədir.

