Kateqoriyasız

“Azarkeşlərimizin qarşısında qələbə qazanaraq Çempionlar Liqasının qrupuna düşəcəyik”

“Qarabağ”la oyunda çox iş görməli olacağımı əvvəlcədən gözləyirdim. “Qarabağ” inanılmaz dərəcədə yüksək səviyyəli, keyfiyyətli komandadır. Onların futbolçularının fərdi ustalıqları möhtəşəmdir”.

İdmanxeber.az-ın məlumatına görə, “Viktoriya”nın (Plzen, Çexiya) qapıçısı Yindrjix Stanek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri ilk matçdan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Doğma meydanda oynamaq hissi həmişə yaxşıdır. İnanıram ki. azarkeşlərimizin qarşısında qələbə qazanaraq Çempionlar Liqasının qrupuna düşəcəyik”.

Qapıçı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə cavab görüşünü buraxacaq kapitan Lukaş Heyda üçün məyus olduğunu bildirib: “O, bizim kapitanımızdır. Lukaş ən yaxşı müdafiəçimiz, əsas oyunçumuzdur. Amma komandamızda elə keyfiyyətli futbolçular var ki, Lukaşı əvəz edə bilərlər”.

Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43