Dünya futbolu

Çempionlar Liqası: “Benfika” və “Makkabi”dən qələbə

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

İsrailin “Makkabi” (Hayfa) klubu Serbiya “Srvena Zvezda”sını, Portuqaliya “Benfika”sı isə Ukraynanın “Dinamo” (Kiyev) kollektivini məğlub edib.

17 avqust

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya) – 0:0

“Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya) – 3:2
Qollar: 
F.Pierrot, 18, 51, T.Çeri, 61 – A.Peşiç, 27, Q.Kanqa, 40

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:2
Qollar:
 Gilberto, 9, Q.Ramoş, 37


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43