Kateqoriyasız

Bakıdakı nəticəyə sevindilər, bu xəbərə isə…

“Viktoriya”nın (Plzen, Çexiya) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçında komandasina kömək edə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin Bakıdaki matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidi. Çexiyalı futbolçu avqustun 23-də Plzendə keçiriləcək cavab matçında forma geyinə bilməyəcək.

Qeyd edək ki,  Bakıdakı matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43