Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” və “Qəbələ”nin qazandıqları xallar sayəsində ölkəmizin əmsalı daha da artıb.
İdmanxeber.com-un məlumatına görə, 14,625 xalla 24-cü pillədə olan Azərbaycanın aktivinə daha 0,375 xal əlavə olunub.
Bununla da reytinq əmsalımız 15,000 olub. 23-cü pillədəki Şotlandiyanın 15,675, 25-ci sıradakı Kiprin isə 14,425 xalı var.

