Dünya futbolu

Azərbaycanda işləmiş baş məşqçi həvəskarlar liqasında

2011/12 mövsümündə “Simurq” klubunda çalışmış Sergey Yuranın yeni iş yeri müəyyənləşib.

Idmanxeber.com-un məlumatına görə, 48 yaşlı mütəxəssis bundan sonra Moskvaətrafı Krasnoqorsk klubunu təmsil edən “Zorki” ilə anlaşıb.

Bu komanda hazırda səviyyəcə üçüncü liqa hesab olunan həvəskarlar liqasında yarışır. Lakin komandanın növbəti mövsümdən I divizionda çıxış etməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43