14 İyul 2026
İdman

Bədii gimnastlarımız Fransaya yollanıblar

Bədii gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq Qran Pridə iştirak edəcək.

İdmanxeber.az-ın məlumata görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv və fərdi gimnast Zöhrə Ağamirova artıq sözügedən ölkəyə yollanıblar.

Bu gün start götürən yarış aprelin 10-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43