Dünya futbolu

PSJ-dən ulduzlara sərt xəbərdarlıq: “Gedəcəksiniz”

PSJ yayda bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi  Luis Kampos futbolçulara ultimatum verib. O bildirib ki, mövsüm sonu özünü doğrultmayan oyunçularla yollar ayrılacaq. 

Mənbə yazır ki, rəhbərlik heç kim arasında fərq qoymayacaq. İstər gənc, istərsə də ulduz futbolçularla vidalaşıla bilər. Lakin bəzi oyunçular heç bir halda satılmayacaq.

Bunlar Kilian Mbappe, Canluici Donnarumma, Nuno Mendes, Əşrəf Hakimi, Markinyos, Danilo Pereyra və Marko Verrattidir.

Kamposun xəbərdarlığı isə Lionel Messi, Serxio Ramos, Vitinha, Karlos Soler, Renato Sançes, Fabian Ruiz, Xuan Bernat və Yuqo Ekitik kimi futbolçulara aiddir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43