Dünya futbolu

Türkiyəli futbolçunun oruc açmasına lağ etdi, ara qarışdı – FOTO

Niderland kubokunun yarımfinal qarşılaşması çərçivəsində keçirilən “Feyenord” – “Ayaks” matçında qalmaqal yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Feyenord”un türkiyəli futbolçusu Orkun kökçü oyunda yaramış fasilədə kənarda orucunu açıb. Qarşılaşmanın ilərləyən dəqiqələrində isə “Ayaks”in kapitanı Duşan Tadiç Kökçüyə qarşı sərt oynayaraq qaydanı pozub.

Bunun ardından ikili arasında gərginlik yaşanıb. Gərginliyin səbəbi isə Tadiçin Orkunun oruc açmasını ələ salması olub.

Serbiyalı futbolçu onun kənarda yemək yeməsini lağa qoyub. Digər futbolçuların müdaxiləsinin ardından iki kapitanı sakitləşdirmək mükün olub. 

Xatırladaq ki, Orkün Kökçü Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43