İdman

“Bakı-2015”: Taekvondoçularımız bürünc medalla başladı (YENİLƏNİB)

Bu gün "Bakı-2015" Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, 2 təmsilçimiz bu gün mübarizəyə qoşulacaq.

58 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə qarşılaşıb. Təmsilçimiz rəqibinə 7:4 hesabı ilə qalib gəlib. O, 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə üz-üzə gəlib. Burda isə ispaniyalı idmançı daha güclü olub.
Məmmədoiv bürünc medal uğrunda oyunda da məğlub olmaqla yarışı mükafatsız qapayıb.

Qadınlardan ibarət yığmamızın üzvü Patimat Abakarova 49 kq çəki dərəcəsində rusiyalı Aleksandra Liçaqina ilə üz-üzə gəlib. Görüş idmançımızın inamlı qələbəsi ilə nəticələnib – 7:1.

Abakarova 1/4 finalda yunanıstanlı İoanna Kuotsou  ilə qarşılaşıb.

Güclü rəqibini 4:2 hesabı ilə məğlub edən təmsilçimiz yarınfimala yüksəlib.

Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə qarşılaşıb. Əsas vaxtı 6:6 hesabı ilə başa çatan döyüşün əlavə vaxtında qələbə qazanan Boqdanoviç fianal yüksəlib – 7:6.

Patimat bürünc medal uğrunda matçda italiyalı rəqibinə 13:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43