Kateqoriyasız

“Bakı bizim üçün daha da gözəl olacaq”

“Azərbaycanın bir neçə oyununu izləmişik. Bilirik ki, bizi ciddi rəqib gözləyir. Xorvatiya ilə oyunda ilk qolu onlar vurmuşdular. Xorvatlar çətinliklə qələbə qazandılar. Macarıstan isə standart vəziyyətlərin hesabına Azərbaycana qalib gəldi. Odur ki, asa oyun olmayacaq”.

Idmanxeber.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin üzvü Milan Şkrinyar yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Bu gün Avro-2020-nin seçmə mərhələsində millimizlə keçiriləcək oyun haqda fikirlərini bölüşən İtaliya “İnter”inin müdafiəçisi daha sonra bunları deyib:

“Bakı ilə bağlı təəssüratlarını da açıqlayıb: “Dünən səhər şəhəri gəzdik. Amma yalnız bir hissəsini görə bildik. Bakı həqiqətən gözəl şəhərdir. Açığı, bu dərəcədə gözləmirdim. Qələbə qazansaq, şəhər bizim üçün daha da gözəl olacaq”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43