"İnter" klubunun prezidenti Georgi Nikolov komandasının Avroliqanın I təsnifat mərhələsinin cavab matçında "Tiraspol" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, "bankirlər"in çalışdırıcısı qələbə qazandıqları oyun haqda bunları deyib:
"Oyun bizim üçün bir qədər gərgin keçdi. İlk dəqiqələrdən qapımızda qol gördük. Buna görə də komandada həyəcan var idi. İkinci hissədə isə özünüz yazıq rəqibin başına gələnləri gördünüz. Yenidən bunları təkrarlamağa ehtiyac yoxdur".
Klub prezidenti növbəti mərhələdə qarşılaşacaqları İsveçin “Elfsborq” komandası haqda da danışıb: "Bilirsiniz ki, mən realist adamam. Ona görə də indidən deyə bilmərəm ki, yüz faiz rəqibimizi keçəcəyik. Şansları bərabər qiymətləndirmək lazımdır. Nə qədər çox mərhələ keçsək, bir o qədər yaxşıdı.
Bank klubunun prezidenti daha sonra sözlərinə belə davam edib: "Hələ ki, dəvət etmək istədiyimiz futbolçu yoxdur. Özünüz də görürsünüz ki, indiki heyətimiz verilən tapşırıqları layiqincə yerinə yetirir. Məni narahat edən məqam zədəli futbolçuarımızla bağlıdır. Yəqin ki, onlar da qarşıdakı mərhələdə sıraya qoşulacaqlar".