Kateqoriyasız

“Neftçi”nin 94 yaşlı rəqibini tanıyaq: yenə bosniyalılar bizi “yıxacaq”?

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Monteneqro "Çelik"ini iki oyunun cəmində (4:0, 5:0) 9 cavabsız qolla keçən Sloveniyanın "Koper" klubu bu turnirin ikinci mərhələsində Azərbaycan kubokunun son qalibi "Neftçi"yə rəqib oldu.

İdmanxeber.com-un məlumatına görə, əsası 1920-ci ildə qoyulan "Koper" ev oyunlarını 4.047 tamaşaçı tutumuna malik "Bonifika" stadionunda keçirir. 

Komanda ev oyunlarında göy-sarı, səfər matçlarında isə ağ-göy formadan istifadə edir.

Klubun prezidenti Antol Quberaç, baş məşqçisi isə italiyalı Rodolfo Vanolidi.

94 yaşlı klub avrokuboklardakı ilk debütünü 2002-ci ildə edib. İntertoto kubokunda debüt edən komanda, ondan sonrakı ildə də həmin turnirə vəsiqə qazanıb. Ardıcıl 3 il (2003-cü ildən 2006-cı ilədək) avrokuboklardan kənar qalan "Koper" 2006-cı ildən etibarən hər il avrokuboklara vəsiqə qazanıb. Beş dəfə Avropa Liqasında iştirak edən komanda, bir dəfə də Çempionlar Liqasında çıxış edib. 

"Koperin"un UEFA-ya təqdim etdiyi sifraiş ərizəsində 5 legioner futbolçu var. Bunlardan üçü Bosniya və Hersoqovina, biri İtaliya və biri də Xorvatiyadan olan futbolçulardı. 

Komandanın "vuran ayağ"ı bosniyalı hücumçu Qoran Qaliseçdi. Onun həmvətəni Miroslav Kovilo da eyni sayda qol vurub. Hər iki futbolçu "Çelik"lə iki görüşdə də fərqləniblər.

Sonda onu da qeyd edək ki, komandanın müdafiə xətti yerli futbolçulardan təşkil olunub.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43