Kateqoriyasız

Bakı klubu 120 minlik futbolçusu ilə yollarını ayırır – ÖZƏL

Qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"dan ayrılaraq "İnter"ə gələn Əfran İsmayılov paytaxt klubundan ayrılacaq.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, yanvarda "bankirlər"lə 6 aylıq müqavilə imzalayan İsmayılovun klubdan ayrılmasının əsas səbəbi kimi aldığı yüksək maaş göstərilir. Məlum olduğu kimi bu aralar maliyə durumu yaxşı olmayan "İnter" klubu aparıcı üzvləri ilə yollarını ayıracaq.

Əfranla yanaşı mövsüm sonunda bir çox futbolçu ilə müqavilə yeniləməyəcək Bank klubu gəncləşdirmə siyasətinə üstünlük verəcək.

Əldə etdiyimiz digər məlumata görə, İsmayılov bu 6 ay ərzində "İnter"dən 120 min dollar qazandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43