06 İyul 2026
Kateqoriyasız

“Bakı” klubunun açıq birinciliyi keçirildi

28 may Müstəqillik günü, Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Bakı” klubunun açıq birinciliyi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, tədbir Start İdman və Əyləncə Mərkəzində baş tutub.

“Bakı” klubunun açıq birinciliyi dövlət himninin səslənməsi ilə başlayıb. Ardınca ilk olaraq “Bakı” İdman Klubunun vitse-prezidenti Zəka İbrahimov çıxış edib. Qonaqları salamlayan İbrahimov “Bakı” klubunun təkcə futbolumuzun deyil, digər idman növlərinin də inkişafına dəstək olduğunu vurğulayıb. Ölkədə idmana dövlət səviyyəsində qayğı göstərildiyini vurğulayan Zəka İbrahimov qeyd edib ki, təmsil etdiyi klub gənclərin peşəkar idmançı kimi yetişməsinə, daim Azərbaycan bayrağının ucalmasına xüsusi diqqət ayırır. “Bakı” rəsmisi gələcəkdə bu cür yarışların ənənəvi hal alacağını vurğulayıb. Sonda yarış iştirakçılarına uğurlar arzulayan İbrahimov sözü Azərbaycan Free Fighting İdman Klubunun direktoru Rasim Eyvazova verib. R. Eyvazov yarışın təşkilinə görə “Bakı” klubuna minnətdarlıq arzulayıb. O qeyd edib ki, bu cür turnirin keçirilməsi gənclərin gələcəkdə peşəkar idmançı kimi püxtələşməsinə böyük təsir göstərir.

Daha sonra yarışlara start verilib.

Qeyd edək ki, boks, seybukay karate, rinq fayt (ring fight), ful fayt (ful fight) və super fayt (super fight) növləri üzrə ümumilikdə açıq birincilikdə 25 yarış baş tutub.

futbolxeber.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43