06 İyun 2026
Dünya futbolu

“Barselona” “Arsenal”lı üçün hərəkətə keçdi

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı qanalı futbolçuya “Barselon maraq göstərir. Kataloniya klubu onunla azad agent kimi danışıqlar aparır.

Keçən mövsümdə Parti 52 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun London klubuyla müqaviləsi 2025-ci ilin 30 iyun tarixinə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43