05 İyun 2026
Dünya futbolu

“Barselona” ispaniyalı hücumçuda israr edir

“Barselona” “Atletik”in (Bilbao) ispaniyalı futbolçusu Niko Uilyamsı heyətinə qatmaqda israrlıdır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hansi Flik ispaniyalı futbolçunun transferini tələb edib. Bilbao təmsilçisinin rəhbərliyi isə  Uilyams üçün 70 milyon avro tələb edir.

Futbolçunun bazar dəyəri “transfermarkt” portalına görə 70 milyon avro qiymətləndirilir.

Niko mövsüm çıxış etdiyi 39 matçda 9 qol və 7 asistə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43