06 İyul 2026
Dünya futbolu

“Barselona” kimi sabitliyə nail ola bilməmişik”

Karlo Ançelotti təqvimin sıxlığından şikayət edib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis tez-tez oynamaqdan narazılıq edib. O, oyunçuların çox yorulduğunu bildirib:

“Bu, çətin mövsümdür, çoxlu matçlar var. “Real”ın 15 oyunçusunun iştirak etdiyi dünya çempionatı, daha sonra Səudiyyə Ərəbistanında İspaniya Superkuboku, fevralda Mərakeşdə Klublararası Dünya Çempionatı oldu.

Dekabrın 30-dan martın 20-dək üç gündən bir oynayırdıq. “Barselona” kimi sabitliyə nail ola bilməmişik. Təqvim absurddur və bununla bağlı da nəsə etmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43