“Beşiktaş” ingiltərəli futbolçu ilə yollarını ayırdı.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Delli Alli ilə vidalaşıb. Onun baş məşqçi Şenol Günəşin gələcək planlarına daxil olmadığı bildirilir.
İngiltərəli futbolçu “Beşiktaş”da gözləntilərin altına qalmışdı. O, zədə səbəbindən bir müddətdir İngiltərədə müalicə alırdı.
Alli cari mövsüm “ağ-qaralar”ın heyətində 15 oyunda forma geyinib və 3 qol vurub.

