06 İyul 2026
Dünya futbolu

İngiltərəli hücumçu “Mançester Yunayted”də qalacaq

Markus Raşford gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçu “Mançester Yunayted”də xoşbəxtdir və tezliklə müqaviləsini uzada bilər. Bir müddət öncə rəhbərliyin ona yeni sözləşmə təklif etdiyi bildirilmişdi.

25 yaşlı futbolçu Erik ten Haqla çalışmaqdan məmnundur. O, Mançester klubu ilə yeni uğurlar qazana biləcəyinə inanır. 

Reşford Premyer Liqada 29 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43