“Barselona” növbəti mövsüm üçün Vilfred Ndidi ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçinin müqaviləsi 2024-cü ilin yayında bitəcək.
Ndidi 2017-ci ilin yanvarından “Lester”də çıxış edir. O, bu mövsüm 10 oyuna çıxıb və 3 qol vurmağı bacarıb.

