04 İyul 2026
Dünya futbolu

“Barselona” Luis Diaz üçün hərəkətə keçir

“Barselona” yay transfer pəncərəsində əsas hədəfini dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Atletik” (Bilbao) ilə 2035-ci ilə qədər yeni müqavilə imzalayan Niko Uilyamsın transferindən imtina edib.

İspaniya nəhəngi indi diqqətini “Liverpul”un kolumbiyalı vingeri Luis Diaza yönəldib. “Blauqrana” yaxın günlərdə 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün rəsmi danışıqlara başlayacaq.

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43