04 İyul 2026
Dünya futbolu

Ter Ştegen “İnter”ə keçə bilər

“Barselona”nın təcrübəli qapıçısı Mark-Andre Ter Ştegen karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, alman qolkiperlə “İnter” ciddi maraqlanır.

33 yaşlı futbolçunun transfer dəyəri “Transfermarkt” portalında 12 milyon avro olaraq göstərilib.

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən bəri “Barselona”nın formasını geyinir.

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43