14 İyul 2026
Dünya futbolu

“Mançester Siti” Dioqo Koştaya “elçi düşdü”

İngiltərənin “Mançester Siti” klubu “Portu”nun qapıçısı Dioqo Koştanın transferi ilə bağlı danışıqlara başlayıb.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı portuqaliyalı qolkiperin transferi üçün “Siti” 75 milyon avroluq sərbəst qalma şərtini ödəməyə hazırdır. Futbolçunun özü də Premyer Liqa nəhənginə keçidə müsbət yanaşır.

“Transfermarkt” portalı onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Dioqo Koştanın “Portu” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, geridə qalan 2024/25 mövsümündə 43 oyunda meydana çıxıb və 45 top buraxıb. 

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43