14 İyun 2026
Dünya futbolu

“Barselona” Reşfordla danışıq aparır

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”nın maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçu ilə əlaqə saxlayıb. 27 yaşlı hücumçu 2024/25 mövsümünün ikinci yarısını  “Aston Villa”da keçirib.

O, müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. “Qırmızı şeytanlar” Reşfordu 40 milyon avroya satmağa hazırdır.

Futbolçu “Aston Villa”nın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43