Kateqoriyasız

“Barselona” və “Bavariya” möcüzəyə imkan vermədi! (YENİLƏNİB+VİDEOLAR)

Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində iki oyun keçirilib. 

İspaniyada “Barselona” “Arsenal”ı qəbul edəib. İlk oyunda Londonda cavabsız qollarla qələbə qazanan Kataloniya klubu cavab matçında da qalib gəlməklə mərhələ adlayan tərəf olub.

Günün digər matçında isə "Bavariya" və "Yuventus" Münhendə üz-üzə gəlib. 6 qolun vurulduğu oyunda almanlar qələbəni bayram edən tərəf olub.

16 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45."Barselona" (İspaniya) – "Arsenal" (İngiltərə) – 3:1
Qollar:
 Neymar, 18 (1:0), Elneni, 51 (1:1), Suarez, 65 (2:1), Messi, 88 (3:1)
İlk oyun – 2:0

23:45."Bavariya" (Almaniya) – "Yuventus" (İtaliya) – 4:2 
Qollar: 
Poqba, 5 (0:1), Kuadrado, 28 (0:2), Levandovski, 73 (1:2), Müller, 90+1 (2:2), Alkantara, 108 (3:2), Koman, 110 (4:2)
İlk oyun – 2:2



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43