Azərbaycan Premyer Liqasının XXVI turuna sabah start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi görüşü olan “Qəbələ” – “Qarabağ” matçını idarə edəcək hakim bəlli olub.
Əldə etdiyimiz özəl məlumata görə, Qəbələdə keçiriləcək qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, martın 19-u keçiriləcək oyun saat 15:00-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.