“Monako” “Barselona”nın hücumçusu Ansi Fatini heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi ispaniyalı futbolçunu satın alınması variantı ilə icarəyə götürməyi planlaşdırır. Fati özü də Fransa klubuna keçməyə razıdır.
Qeyd edək ki, forvard cari mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 11 oyun keçirsə də, qol vura bilməyib. .

