“İnter” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessie ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Dieqo Simoene oyunçunun transfer edilməsini tələb edib. Kataloniya klubu fildişi sahilli futbolçunu satmağı düşünür.
Komanda maliyyə durumuna görə, bir neçə oyunçu ilə yollarını ayırmaq niyyətindədi. Bu səbəbdən də Kessie növbəti mövsümdən “İnter”də çıxış edə bilər.
26 yaşlı oyunçu cari mövsüm 28 oyunda çıxış edib və 1 qol vurub.

