06 İyul 2026
Ölkə futbolu

“Sabah” aşağı sıralarda gedirdi, hər şeyi yenidən başladım” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Sport24.ru” saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, rusiyalı mütəxəssis komandaya gəldiyi ilk dönəmi xatırlayıb. O, “Sabah”la ikinci pilləni tutmağın heç də asan olmadığını bildirib:

“Komanda aşağı sıralarda gedirdi, hər şeyə yenidən başladım. Üslub, fəlsəfə yox idi. Klub gəncdir, onun başqalarından fərqlənməsi vacibdir. “Sabah” rəhbərliyi kimi dəvət etdiyini, mənim necə futbol oynatdığımı bilirdi. Beşli müdafiə mənlik deyil. Oyunun strukturunu tamamilə dəyişdik. Əminliklə deyə bilərik ki, indi “Sabah”ın Azərbaycanda bənzərsiz oyun üslubu var.

Çempionatda ən parlaq oyunu “Qarabağ” sərgiləyir. 15 milyonluq heyəti var və avrokuboklarda kifayət qədər yaxşı oynayırlar. “Ferentsvaroş”, “Sürix”, “Nant”, “Olimpiakos” üzərində qələbə qazanıblar. Az qala “Gent”i də keçəcəkdilər. İlk görüşdə 1:0 hesabı ilə qalib gəldilər. Cavab matçında penaltilər seriyasında uduzdular. Təəccüblü deyil ki, Talalayev, Kaleşin kimi məşqçilər Qurban Qurbanovun yanında təcrübə keçmək istədiklərini deyirlər. Qurbanovla çox yaxşı münasibətimiz var. İndi rəqib olduğumuz üçün ondan nəsə öyrənməyim mümkün deyil. Gələcəkdə böyük məmnuniyyətlə onun işini görmək istərdim”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43