Dünya futbolu

“Barselona”dan Messinin yanına gedir

İspaniyalı yarımmüdafiəçi Serxio Buskets “İnter Mayami” ilə danışıq aparır.

İdmanxeber.az ESPN nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Lionel Messinin MLS klubuna transferi Busketsin qərarına müsbət təsir göstərə bilər.

Daha öncə o, “Əl Nəsr” və “Əl-Hilal”ın nümayəndələri ilə də görüşüb. Səudiyyə Ərəbistanı klublarından futbolçuya daha böyük müqavilələr təklif olunur.

Yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsi iyunun 30-da başa çatır və o, azad agent kimi komandadan ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43