İdman

Fərid Qayıbov EOC prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, qonaqları salamlayan nazir onları növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı ölkədə olimpiya hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi edilib. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq lll Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43