“Barselona”nın futbolçusu Xavi Hernandez tarixə düşüb.
İdmanxeber.com-un məlumatına görə, ispaniyalı təcrübəli futbolçu Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Bavariya” ilə matçın 75-ci dəqiqəsində meydana çıxmaqla qitənin ən nüfuzlu klub turnirində 150-ci oyununu keçirib.
35 yaşlı Xavi bu uğura imza atan ilk futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.
Qeyd eədk ki, hazırda bu uğuru təkrarlaua biləcək futbolçu İker Kasliyasdı. Təcrübəli qpaıçının aktivində 149 oyun var ki, bu gün “Yuventus”la oyunda meydana çıxsa o zaman, bu uğuru təkrarlamış olacaq.

