04 İyul 2026
Dünyadan

Məşhur futbolçu məcburiyyətdən karyerasını bitirdi

İspaniya millisinin və “Vilyareal”ın sabiq futbolçusu Xuan Kapdevilya karyerasını bitirib.

İdmanxeber.com-un məlumatına görə, Belçikanın “Lyers” klubunda forma geyinən müdafiəçi məşq zamanı ağır zədə aldığı üçün karyerasını bitirmək qərarına gəlib.

37 yaşlı müdafiəçi futbol həyatını məhz bu şəkildə bitirdiyi üçün üzgün olduğunu dilə gətirib.

Qeyd edək ki, Kapdevilya “Espanyol”, “Atletiko”, “Vilyareal” və “Deportivo” kimi klublarda da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43