İtaliyanın “Komo” klubu “Barselona”dan icarəyə götürdüyü Aleks Valyeni heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu icarə əsasında İtaliya təmsilçisində çıxış edirdi. Rəhbərlik onu birdəfəlik transfer edib.21 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

