29 İyun 2026
Dünya futbolu

“Barselona”nın hücumçusu Premyer Liqaya gedir

“Barselona”nın hücumçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər,

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı ispaniyalı ilə Aston Villa maraqlanır. Birmingem İspaniya millisinin futbolçusu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.

Ferran artıq 2020-2022-ci illərdə “Mançester Siti”nin heyətində Premyer Liqada çıxış edib.

O, bu mövsüm 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43