08 İyul 2026
İdman

Basketbol Liqası: Turun son oyununda sensasiya qeydə alınıb

Azərbaycan Basketbol Liqasında XXV tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, bağlanış oyununda “Zirvə Astara” və “Sərhədçi” komandaları qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüünş ilk dəqiqələrindən üstünlüyü ələ keçirən bölgə təmsilçisi yekunda 103:93 hesablı qələbə qazanıb.

Bu qələbə ilə xallarını 30-a çatdıran “Zirvə Astara” 7-ci pillədə qərarlaşıb. 39 xalı olan “Sərhədçi” isə play-off zonasından uzaqlaşaraq, 5-ci sırada yer alıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), “Zirvə Astara”dan isə Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43