08 İyul 2026
İdman

Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

İdmanxeber.az-ın məlumata görə, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.

Bədii gimnastlar artıq Dünya kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43