08 İyul 2026
Dünya futbolu

“Mançester Siti”dən darmadağın, “Benfika” uduzdu – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk 2 oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, Portuqaliyada “Benfika” İtaliya “İnter”ini qəbul edib. Görüş qonaqların qələbəsi ilə sona çatıb -2:0.

Gecənin nəticəsi maraqla gözlənilən digər matçı İngiltərədə baş tutub. “Mançester Siti”  doğma meydanda Almaniya “Bavariya”sını qəbul edib.

“Şəhərlilər” oyunda böyükhesablı qələbə qazanıb – 3:0.

11 aprel
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

23:00. “Benfika” (Portuqaliya) – “İnter” 0:2 (İtaliya)

Qollar: Nikolo Barella, 51. Romelu Lukaku, 82
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, “Eştadiu da Luj” stadionu

23:00. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya) 3:0

Qollar: Rodri, 27. Bernardu Silva, 70. Erlinq Holann, 77
Baş hakim: Hesus Hil Mansano (İspaniya)
Mançester, “Etihad” stadionu

Qeyd edək ki, digər 1/4 final görüşləri aprelin 12-də keçiriləcək. İspaniyada “Real Madrid” İngiltərənin “Çelsi”, İtaliyada “Milan” “Napoli”ni qəbul edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43