“Bavariya” sabiq müdafiəçisi azad agent olan Jerom Boatenqi yenidən heyətinə qayıtmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi əvvəlcə Münhen klubuyla məşqlərə çıxacaq. Bu məşqlərdən sonra onun vəziyyəti haqqında qərar veriləcək.
Boatenq 2011-21-ci illər arasında “Bayern”də çıxış edib. O, Almaniya klubuyla 2 dəfə (2013, 2020) Çempionlar Liqasının qalibi olub.

