“Kəpəz” yayda heyətinə qatdığı qapıçı Vladislav Vasilyuçeklə vidalaşa bilər.
İdmanxeber.az-a verilən məlumata görə, məşqçilər heyəti belaruslu oyunçunun çıxışından razı deyil. 29 yaşlı qolkiper gözlənilən etimadı doğrultmayıb. Bu səbəbdən də heyətə yeni portuqaliyalı qapıçı İqor Rodriges cəlb edilib.
Rəhbərlik ümidləri doğrultmayan Vasilyuçeklə yanvarda yolları ayırmaq istəyir. “Sarı-göylər” qış transfer pəncərəsində belaruslu qapıçını müqaviləyə qarşılıqlı xitam vermək üçün razı salmağa çalışacaq.

