Dünya futbolu

“Bavariya” “Liverpul”un oyunçusuyla maraqlanır

“Bavariya” Endryu Robertsonla yaxından maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu Alfonso Deyvis ayrılarsa, əsas hədəf kimi şotlandiyalı oyunçunu bəlirləyib.

Robertson 2017-ci ildən bəri “Liverpul”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 15 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 35 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43