İdman

Millimiz Litvayla qarşılaşacaq

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

İdmanxeber.az məlumat verir ki, 5-ci qrupda mübarizə aparan yığmamız üçüncü sınağında Litva seçməsini qəbul edəcək.  Millimiz ilk 2 görüşdə böyükhesabla məğlub olub.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək və “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43