Dünya futbolu

“Bavariya”da Kovaçı o əvəzləyəcək

Zidan karyerasını Almaniyada davam etdirə bilər.

Almaniya mətbuatının yaydığı xəbərə görə, Münhen təmsilçisi baş məşqçi Niko Kovaçla yolları ayırmaq niyyətindədir. Komandanın uğursuz gedişatından baş məşqçini günahlandıran rəhbərlik onun yerinə fransalı mütəxəssis Zinəddin Zidanı gətirməyi düşünür. Xəbərdə klub rəhhbərliyinin yaxın günlərdə Zidanla danışıqlara başlayacağı da qeyd edilib.

Qeyd edək ki, Zidan 2016-18-ci illərdə “Real”ı çalışdırıb. O, komandanı İspaniya çempionu etməklə yanaşı, üç dəfə ardıcıl Çempionlar Liqası kubokunu götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43