Dünya futbolu

Useyn Bolt ilk qolunu vurdu – VİDEO

Yüngül ateletika üzrə səkkiz dəfə olimpiya çempionu olan Useyn Bolt futbolçu karyerasına ilk qolları vurub.

Avstraliyanın A liqasında mübarizə aparan “Sentral Kost Mariners” komandasının hücumçusu Useyn Bolt futbolda ilk qolunu vurub. “Makartur Saut Vest Yunayted” klubuyla  yoldaşlıq matçı keçirdən Boltun komandası qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb. Yamaykalı futbolçu görüşdə dubl edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43