“Bavariya” futbolçusu Erik Dayerin komandadan ayrılacağını rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi Münhen klubunu tərk edəəcək. Daha əvvəl Dayerin “Monako”ya keçəcəyini yazmışdı.
Qeyd edək ki, Erik ötən ilin yayından “Bavariya”nın formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 25 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

