30 İyun 2026
Dünya futbolu

“Bavariya”dan “Borusiya”ya keçdi

“Bavariya”nın yarımmüdafiəçisi Marsel Sabitser “Borussiya”ya keçib.

İdmanxeber.az-ın məlumatına görə, transfer Dortmund klubuna bonuslar daxil olmaqla 19 milyon avroya başa gəlib. 29 yaşlı avstriyalı tibbi baxışdan uğurla keçərsə, bu həftə müqavilə imzalayacaq.

Sabitser 2022/23 mövsümündə “Bavariya”dan icarə əsasında “Mançester Yunayted”də çıxış edib. O, klubda 18 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43