Dünya futbolu

“Bavariya”dan qovuldu, “Tottenhem”ə gedir

“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsman karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı mövsüm sonu “Tottenhem”in başına keçə bilər. Antonio Konte ilə yollarını ayıran London klubu gənc mütəxəssislə çalşmağa müsbət yanaşır. 

“Tottenhem” italiyalı mütəxəssisin istefaya göndərilməsinin ardından mövsüm sonuna qədər Krsitian Stellininin baş məşqçi təyin edildiyini açıqlayıb.

Xatırladaq ki, Naqelsman ötən həftənin əvvəlində “Bavariya”dan qovulub.

“Tottenhem” Premyer Liqada 28 matçdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43