08 İyul 2026
Dünya futbolu

“Bavariya”dan yekun qərar: fantastik təklif

“Bavariya” Erlinq Halandı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu yayda mütləq hücumçu almaq istəyir. Rəhbərliyin siyahısında norveçli forvard ilk pillədədir.

Xarici mətbuat yazır ki, “Bavariya” Haland üçün 250 milyon avro ödəməyə hazırdır. Hətta klub ulduz futbolçu üçün maaş sistemini pozmağa və norveçliyə ildə 35 milyon əmək haqqı verməyə də müsbət yanaşır.

Haland “Mançester Siti”nin heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:0) “Bavariya”ya qol vurdu.

O, bu mövsüm klubda 39 oyunda 45 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43